Britaniya Aİ-nin vahid bazasına qayıtmaq istəyir: Qarşısına şərtlər qoyuldu
Avropa İttifaqının (Aİ) keçmiş Brexit üzrə baş danışıqçısı Mişel Barnier Böyük Britaniyanın qurumun vahid bazasına seçmə qaydada qayıda bilməyəcəyini bildirib. O, bunun üçün Londonun insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti prinsiplərini qəbul etməli olduğunu vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə bu barədə BBC-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Britaniya Aİ ilə iqtisadi əlaqələrini dərinləşdirmək istəyirsə, vahid bazarın bütün şərtlərinə əməl etməlidir. Barnier bildirib ki, ölkə yalnız özünə sərf edən qaydaları seçə bilməz.
O, Britaniyanın Aİ-yə yenidən üzvlüyü üçün qapının açıq olduğunu da qeyd edib.
Qeyd edək ki, Britaniyanın Baş naziri Endi Börnham Avropa İttifaqı ilə daha yaxın iqtisadi əlaqələrin qurulmasını mümkün variantlardan biri kimi nəzərdən keçirir. Tərəflərin noyabrın 20-də Brüsseldə keçiriləcək sammitində ərzaq standartları, gənclər üçün viza imkanları və karbon emissiyalarının ticarəti ilə bağlı əməkdaşlığın müzakirəsi gözlənilir.
Barnier, həmçinin Britaniyanın Aİ büdcəsinə əvvəlki güzəştli ödəniş rejiminin bərpasının real görünmədiyini bildirib.
Dəniz Pənahova
19:09 11.11.2026
Oxunuş sayı: 30