Pakistanda polis avtomobillərinə silahlı hücum: 11 ölü, 12 yaralı
Pakistanın şimal-qərbində polis avtomobillərinə edilən silahlı hücum nəticəsində 11 polis əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 11-də Xayber-Paxtunxva əyalətinin Kohat rayonunda baş verib.
Kohat polisinin sözçüsü Məhəmməd Noman Zeb bildirib ki, silahlı şəxslər qanunsuz qızıl hasilatı aparılan əraziyə əməliyyata gedən polis əməkdaşlarına hücum ediblər.
Hücum Kohat və Karak rayonları arasındakı Darbokaç-Cələndər Banda ərazisində qeydə alınıb.
Silahlı şəxslər polis əməkdaşlarına atəş açıblar. Hadisə zamanı beş polis avtomobili də yandırılıb.
İlkin məlumatlara görə, həlak olanlar arasında yüksək vəzifəli polis əməkdaşları da var.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
18:30 11.11.2026
Oxunuş sayı: 32