Liviyada qaz müəssisəsində partlayış: Ölən və yaralananlar var
Liviyanın Breqa şəhərində yerləşən qaz emalı müəssisəsində baş verən partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Sirte Oil Company” şirkəti bu barədə məlumat yayıb.
Məlumata görə, şirkətə məxsus müəssisənin yanacaq qazı xəttində partlayış baş verib. Hadisə nəticəsində güclü yanğın başlayıb.
Partlayış zamanı xarici ölkə vətəndaşı olan bir işçi həyatını itirib, daha dörd əməkdaş müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər.
Hadisədən sonra təhlükəsizlik məqsədilə müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.
Partlayışın səbəbləri araşdırılır.
18:06 11.11.2026
Oxunuş sayı: 39