“Trabzonspor”un yarımmüdafiəsində braziliyalı imzası
Türkiyənin “Trabzonspor” klubunun braziliyalı yarımmüdafiəçisi Fabinyo bu mövsüm keçirdiyi 12 rəsmi qarşılaşmada 851 dəqiqə meydanda olub.
Crossmedia.az xəbər verir ki, “Demirören Haber Ajansı” (DHA) bu barədə məlumat yayıb.
Mövsümün əvvəlində komandaya qoşulan 32 yaşlı futbolçu Türkiyə Superliqasında 9, UEFA Konfrans Liqasında isə 3 görüşdə iştirak edib. O, ölkə çempionatında 723, avrokuboklarda 128 dəqiqə meydanda qalıb.
Fabinyo xüsusilə dəqiq ötürmələri, topu ələ keçirməsi və müdafiəyə verdiyi töhfə ilə diqqət çəkib. Braziliyalı futbolçu Superliqadakı ilk üç qarşılaşmasının hər birində 91 faizlik ötürmə dəqiqliyinə nail olub.
Baş məşqçi Tomas Reysin rəhbərliyi altında keçirilən son altı liqa oyununda 485 dəqiqə meydanda olan Fabinyo komandanın altı oyunluq qələbə seriyasında mühüm rol oynayıb.
“Beşiktaş”la 2:0 hesabı ilə başa çatan qarşılaşmada 11,08 kilometr məsafə qət edən yarımmüdafiəçi matçın ən çox qaçan futbolçusu olub.
Fabinyo UEFA Konfrans Liqasında “Frayburq”a qarşı görüşdə də uğurlu çıxışı ilə seçilib. O, həmin oyunda 95 faizlik ötürmə dəqiqliyi nümayiş etdirib, dörd dəfə rəqib ötürməsinin qarşısını kəsib və üç dəfə topu rəqibdən alıb.
17:32 11.11.2026
Oxunuş sayı: 35