Trampdan sonra Ağ Evə kim gələcək? - 2028-ci ilin mümkün namizədləri
ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı mümkün namizədlərin adları gündəmə gəlməyə başlayıb. Həm Respublikaçılar, həm də Demokratlar Partiyasında bir sıra tanınmış siyasətçilərin Ağ Ev uğrunda mübarizəyə qoşula biləcəyi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, CNN 2028-ci il prezident seçkilərində iştirak edə biləcək potensial namizədlərin vizual siyahısını hazırlayıb.
Respublikaçılar arasında vitse-prezident Cey Di Vens, Florida ştatının keçmiş qubernatoru Ron DeSantis və digər siyasətçilərin adları çəkilir.
Demokratlar Partiyasında isə keçmiş vitse-prezident Kamala Harris, Kaliforniya qubernatoru Qevin Nyusom, keçmiş nəqliyyat naziri Pit Butticic və konqresmen Aleksandriya Okasio-Kortez mümkün namizədlər sırasında göstərilir.
ABŞ-da növbəti prezident seçkiləri 7 noyabr 2028-ci ildə keçiriləcək. Hazırda əsas partiyaların tanınmış nümayəndələrindən heç biri namizədliyini rəsmən elan etməyib.
Qeyd edək ki, hazırkı prezident Donald Tramp ABŞ Konstitusiyasına əsasən üçüncü dəfə prezident seçilə bilməz. Bu səbəbdən 2028-ci il seçkilərində Ağ Ev uğrunda mübarizənin yeni siyasi fiqurlar arasında gedəcəyi gözlənilir.
Dəniz Pənahova
19:19 11.11.2026
Oxunuş sayı: 51