Rusiya ilə Ukrayna arasında razılaşma: 2 mindən çox şəxs...
Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirdiyi ikigünlük danışıqlar başa çatıb. Görüşlərin əsas nəticələrindən biri tərəflər arasında genişmiqyaslı əsir mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılaşma olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, əsir mübadiləsinin yaxın iki-üç həftə ərzində baş tutması gözlənilir. Rusiya Baş Qərargahının nümayəndəsi Aleksandr Zorinin açıqlamasına əsasən, hər iki tərəfdən 1000-dən çox şəxsin siyahıya daxil edilməsi mümkündür.
Danışıqlarda Ukraynanın təhlükəsizlik təminatları və Avropanın gələcək təhlükəsizlik sistemi də müzakirə olunub. ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bu məsələdə müəyyən irəliləyiş olduğunu, lakin ərazi məsələsinin ən çətin problem olaraq qaldığını bildirib.
Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun noyabrın 12-də Moskvaya səfər edərək Vladimir Putinlə görüşəcəkləri, daha sonra Kiyevə gedəcəkləri açıqlanıb.
Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya isə danışıqların çətin keçdiyini, lakin ilin sonunadək razılığa gəlmək üçün müəyyən imkanların olduğunu bildirib.
Qeyd edək ki, Əbu-Dabidə keçirilən danışıqlarda ərazi məsələsi ilə bağlı tərəflərin mövqelərində ciddi fikir ayrılıqları qalmaqdadır.
Dəniz Pənahova
19:31 11.11.2026
Oxunuş sayı: 35