Putin ABŞ nümayəndələrini Moskvada qəbul edəcək
Rusiya Prezidenti Vladimir Putin noyabrın 12-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, görüş günün birinci yarısında Moskvada keçiriləcək.
Qeyd edək ki, ABŞ nümayəndələrinin səfəri Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən danışıqlardan sonraya təsadüf edir. Görüşdə Ukraynadakı müharibənin dayandırılması, təhlükəsizlik təminatları və əsir mübadiləsi məsələləri müzakirə olunub.
ABŞ nümayəndələrinin Putinlə görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də Dublində görüşməsi planlaşdırılır.
Dəniz Pənahova
20:17 11.11.2026
Oxunuş sayı: 38