Bu meyvənin xərçəngə qarşı təsirini araşdırıblar
Qaragilənin tərkibindəki təbii maddələr bədxassəli şişlərin böyüməsini ləngidə və xərçəng hüceyrələrinin yayılmasına mane ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Bu qənaətə alimlər əvvəlki elmi tədqiqatların nəticələrini təhlil etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.
Tədqiqatçılar qaragilənin tərkibindəki antosianlar, flavanollar və fenol turşularının hüceyrə mexanizmlərinə təsirini araşdırıblar. Laboratoriya təcrübələrində bu maddələrin süd vəzi, ağciyər, yumurtalıq və bağırsaq xərçəngi hüceyrələrinin çoxalmasını ləngitdiyi müşahidə olunub.
Heyvanlar üzərində aparılan sınaqlarda isə qaragilənin bəzi komponentlərinin şişlərin böyüməsini və yayılmasını azalda bildiyi müəyyən edilib.
Bununla belə, alimlər vurğulayırlar ki, qaragilənin insanlarda xərçəngin qarşısını aldığını və ya müalicə etdiyini təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.
Dəniz Pənahova
20:53 11.11.2026
Oxunuş sayı: 44