Ankara-İrəvan xəttində mühüm müzakirə: TRIPP layihəsi gündəmdə
Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin məlumatında bildirilib.
Görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin kommunikasiya xətlərinin açılması, o cümlədən TRIPP layihəsinin reallaşdırılması məsələsini müzakirə ediblər.
Məlumata görə, Nikol Paşinyan İzmir şəhərindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində həyatını itirənlərlə bağlı Türkiyə tərəfinə başsağlığı verib.
Dəniz Pənahova
20:41 11.11.2026
Oxunuş sayı: 50