Kosmosda silahlanma yarışı: Liderlər mövqelərini açıqladılar
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri kosmosda silahlanma yarışının qarşısının alınmasına və orada silah yerləşdirilməməsi ilə bağlı danışıqlara başlanmasına çağırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.
Bəyanatda kosmik məkanın hərbiləşdirilməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb və kosmosda silah yerləşdirilməməsi ilə bağlı danışıqlar prosesinə start verilməsinin zəruriliyi qeyd olunub.
Bundan başqa, KTMT ölkələrinin sərhədlərinə yaxın ərazilərdə xarici hərbi infrastrukturun yerləşdirilməsinin genişlənməsi ilə bağlı narahatlıq ifadə edilib.
Dəniz Pənahova
20:45 11.11.2026
Oxunuş sayı: 49