“Tramp marşrutu” ilə bağlı saziş Ermənistanda təsdiqləndi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsi ilə bağlı sazişin ratifikasiyasını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, sənədin imzalanması formal xarakter daşıyıb. Müxalifət sazişin müddəalarının qeyri-müəyyən olduğunu əsas gətirərək sənədin əleyhinə səs verib.
TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyi nəzərdə tutur.
21:13 11.11.2026
Oxunuş sayı: 22