Belarus müdafiə naziri: Avropa Rusiya və Belarusla müharibəyə hazırlaşır
Belarusun müdafiə naziri Viktor Xrenin Avropa ölkələrinin Belarus və Rusiya ilə mümkün müharibəyə uzun müddətdir hazırlaşdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyinin məlumatına görə, general-leytenant bu barədə açıqlamasında bildirib. Onun sözlərinə görə, Avropa liderləri hərbi əməliyyatlara hazırlıq tədbirləri barədə açıq danışmasalar da, bu proses artıq uzun müddətdir davam edir.
Xrenin qeyd edib ki, son dövrlərdə əməliyyat hazırlığı tədbirlərinin sayı dəfələrlə artıb. O, həmçinin Belarus və Rusiyaya qarşı kəşfiyyat fəaliyyətinin intensivləşdiyini iddia edib.
Nazirin fikrincə, hərbi-logistik imkanların inkişaf etdirilməsi, infrastrukturun və idarəetmə məntəqələrinin təkmilləşdirilməsi mümkün müharibəyə hazırlıq tədbirlərinin tərkib hissəsidir. Xrenin Avropa siyasətçilərinin hərbi gücdən cəmiyyətə siyasi təsir vasitəsi kimi istifadə etdiyini də bildirib.
21:53 11.11.2026
Oxunuş sayı: 39