G7 ölkələrinin XİN rəhbərlərindən İrana çağırış
G7 ölkələrinin xarici işlər nazirləri İranla ixtilafların həllinə və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik çalışmaları dəstəklədiklərini bəyan ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlərin Parisdə keçirilən görüşünün yekunlarına dair Böyük Britaniya XİN-in dərc etdiyi birgə bəyanatda bildirilir.
Sənəddə vurğulanır ki, İran nüvə silahı hazırlamamalı və ya əldə etməməlidir.
Nazirlər, Tehranı AEBA ilə tammiqyaslı əməkdaşlığı bərpa etməyə çağırıblar.
Görüş iştirakçıları Hörmüz boğazındakı vəziyyətdən narahatlıqlarını ifadə edib, mülki gəmiçiliyə hücumları dayandırmağa çağırıb və azad, təhlükəsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini qeyd ediblər.
Bəyanatda, ölkələrin regionda təhlükəsizliyin və beynəlxalq ticarətin qorunması üçün fəaliyyətləri əlaqələndirməyə hazır olduğu qeyd olunur.
21:36 11.11.2026
Oxunuş sayı: 34