Viktor Orbanın qardaşı qanunsuz miqrasiya şübhəsi ilə həbs edilib
Macarıstanda keçmiş Baş nazir Viktor Orbanın kiçik qardaşı, sahibkar Aron Orban həbs olunub.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyinin məlumatına görə, bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozo bildirib. Məhkəmə şübhəlilərin istintaqdan yayınmaq və gizlənmək ehtimalını, eləcə də onlara qarşı irəli sürülən ittihamların ağırlığını nəzərə alaraq həbs qərarı verib.
Aron Orban və onun tərəfdaşları Vyetnamdan Avropaya qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinirlər. İstintaqın versiyasına görə, onlar Macarıstanın xaricdəki səfirlikləri vasitəsilə Şengen vizalarının rəsmiləşdirilməsinə kömək edib və bunun müqabilində pul alıblar.
Məhkəmənin məlumatına əsasən, Viktor Orbanın qardaşı 2024-cü ildə bu cür xidmətləri 100-dən çox şəxsə göstərib.
22:27 11.11.2026
Oxunuş sayı: 33