Almaniya Rusiya ilə yüksək səviyyədə danışıqlar aparmağı istisna etmir
Almaniya Ukrayna ilə bağlı Əbu-Dabidə keçirilən görüşlərdən sonra Rusiya ilə yüksək səviyyəli danışıqlar aparılmasını istisna etmir.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyinin məlumatına görə, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə ABŞ ilə danışıqların davam etdirilməsinin əsas prinsipləri üzrə qarşılıqlı anlaşma əldə olunub.
Almaniya rəsmisi kansler Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə mümkün telefon danışığı barədə suala da münasibət bildirib. Kornelius qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində aparılan danışıqlar əsasında liderlər səviyyəsində təmaslar da inkişaf edə bilər.
22:31 11.11.2026
Oxunuş sayı: 29