Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Dublinə gedib
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə gedib.
Crossmedia.az xəbər verir ki, “UNİAN”ın məlumatına görə, noyabrın 11-12-də Zelenskinin Avropanın 20-yə yaxın liderinin iştirakı ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi, həmçinin sammitin açılışında çıxış etməsi planlaşdırılır.
Səfər çərçivəsində Ukrayna Prezidentinin ABŞ-nin danışıqlar üzrə nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə də görüşü nəzərdə tutulub. Görüşün davam edən sülh danışıqları fonunda keçirilməsi planlaşdırılır.
22:12 11.11.2026
Oxunuş sayı: 42