Səudiyyə Ərəbistanının paytaxtına hücum edilib
Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına raket zərbəsi endirdiklərini iddia ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriə “Əl-Məsirə” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, hava limanına üç qanadlı raketlə hücum edilib. Səriə həmçinin husilərin Yənbu şəhəri yaxınlığındakı neft infrastrukturunu pilotsuz uçuş aparatları ilə hədəfə aldığını bildirib.
Husilərin nümayəndəsi Səudiyyə Ərəbistanı hakimiyyətinin Məkkə üzərində pilotsuz uçuş aparatının ələ keçirilməsi ilə bağlı açıqlamasını təkzib edib. O, husilərin hərbi əməliyyatlarının yalnız hərbi bazalara və neft obyektlərinə qarşı yönəldiyini iddia edib. Hücumlarla bağlı Səudiyyə Ərəbistanı tərəfinin mövqeyi təqdim olunan məlumatda yer almayıb.
23:25 11.11.2026
Oxunuş sayı: 39