Zelenski müharibənin 2026-cı ilin sonunadək başa çatması ehtimalını istisna etməyib
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 2026-cı ilin sonunadək başa çatdırılması üçün imkan pəncərəsinin olduğunu desə də, danışıqların nəticəsi ilə bağlı ehtiyatlı mövqe sərgiləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski “UNİAN” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, razılaşmaların məhz indi əldə olunması vacibdir, çünki 2027-ci ildə Avropada siyasi vəziyyət dəyişə bilər. ABŞ-də də artıq müəyyən siyasi dəyişikliklər baş verir.
Zelenski ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən konkret nəticələr gözlədiyini, lakin buna çox da inanmadığını bildirib. Bununla belə, o, ümidini itirmədiyini vurğulayıb.
23:32 11.11.2026
Oxunuş sayı: 38