Zelenski: Rusiya nümayəndə heyəti atəşkəsi müzakirə etmək səlahiyyətinin olmadığını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin atəşkəs məsələsini müzakirə etmək səlahiyyətinin olmadığını bildirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski “UNİAN” agentliyinə danışıb. Onun sözlərinə görə, Ukrayna enerji infrastrukturlarına zərbələrin dayandırılmasını və dənizdə atəşkəs barədə razılığa gəlinməsini təklif edib. Lakin Rusiya nümayəndələri müvafiq səlahiyyətlərinin olmadığını əsas gətiriblər.
Zelenski bildirib ki, indi bu məsələləri ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Vladimir Putinlə müzakirə etməlidirlər. Ukrayna Prezidenti ən azı bu təkliflərə cavab almağa ümid etdiyini qeyd edib.
23:36 11.11.2026
Oxunuş sayı: 39