Rusiyanın ABŞ-dəki səfirinin ölüm səbəbi açıqlanıb
Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev noyabrın 11-də Moskvada xroniki xəstəlik səbəbindən vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat yayıb.
Zaxarova diplomatın vəfatı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən çoxsaylı başsağlığı mesajları aldıqlarını bildirib. O, Darçiyevlə birgə iş və dostluq xatirələrinin bu müraciətlərdə xüsusi yer tutduğunu qeyd edib. Diplomatla vida mərasiminin vaxtı və yeri barədə əlavə məlumat veriləcəyi açıqlanıb.
Qeyd edək ki, Aleksandr Darçiyevin 66 yaşında vəfat etdiyi barədə noyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
23:34 11.11.2026
Oxunuş sayı: 33