Kallas: Rusiya Əbu-Dabi danışıqlarında sanksiyaların ləğvinə nail olmaq istəyir
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda sanksiyaların ləğvinə və dondurulmuş aktivlərin blokdan çıxarılmasına nail olmağa çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kallas “France 24” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, sanksiyaların ləğvi və dondurulmuş aktivlərlə bağlı qərarlar Avropanın səlahiyyətindədir və bu məsələlərdə Avropadan başqa heç kim qərar qəbul edə bilməz.
Aİ-nin ali nümayəndəsi Rusiyanın Avropa ilə deyil, ABŞ ilə danışmağa üstünlük verdiyini də qeyd edib. Kallas bunu Moskvanın Vaşinqtonla ünsiyyət qurmağı daha asan hesab etməsi ilə izah edib.
22:55 11.11.2026
Oxunuş sayı: 31