Çində yeni avtomobil satışları son 12 ilin minimumuna düşə bilər
Çində 2026-cı ilin yekununda yeni minik avtomobillərinin satışı 2014-cü ildən bəri ilk dəfə 19 milyon ədəddən aşağı düşə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının proqnozuna görə, avtomobil bazarında satışların bərpası ilə bağlı hələlik müsbət əlamətlər müşahidə olunmur.
Təkcə oktyabr ayında ölkədə avtomobillərin ümumi satışı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq 3 milyon 16 min ədəd təşkil edib. Daxili bazarda satışlar isə 26,6 faiz geriləyərək 1 milyon 950 min avtomobilə düşüb.
04:25 12.11.2026
Oxunuş sayı: 23