Rusiyada ağır yol qəzasında 7 nəfər ölüb
Rusiyanın Mari El Respublikasında iki minik avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə, 7 nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb. Qəza R-176 “Vyatka” federal avtomobil yolunun 45-ci kilometrliyində baş verib.
Hadisə yerinə təcili xidmət əməkdaşları cəlb olunub. Qəza nəticəsində xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir.
23:56 11.11.2026
Oxunuş sayı: 29