Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb.
Crossmedia.az-ın məlumatına görə hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb.
Belə ki, mənzildə iki nəfərin meyiti aşkar edilib. Həmin şəxslərin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.(Report)
23:45 11.11.2026
Oxunuş sayı: 43