Polşalı balıqçı dənizdən 150 qramlıq kəhrəba tapdı
Polşanın Kolobjeq şəhərində balıqçı Baltik dənizində balıq toruna təxminən 150 qram ağırlığında iri kəhrəba parçası düşdüyünü aşkar edib.
Crossmedia.az xəbər verir ki, “Polska Agencja Prasowa” (PAP) bu barədə məlumat yayıb.
Balıq tutmaq ümidi ilə dənizə tor atan şəxs gözlənilməz tapıntı ilə qarşılaşıb. O, toru sudan çıxararkən içərisində iri kəhrəba parçası olduğunu görüb.
Balıqçı tapıntının təxminən 150 qram çəkidə olduğunu bildirib. Onun sözlərinə görə, ailəsində sonuncu dəfə kəhrəbanı 1990-cı illərdə atası tapıb.
Tapılan kəhrəbanın dəyəri təxminən 1500 Polşa zlotisi (400 ABŞ dolları) qiymətləndirilir.
Polşa jurnalistləri qeyd edirlər ki, dənizdə bu cür iri kəhrəba tapıntılarına təxminən on ildə bir dəfə rast gəlinir.
Açıq mənbələrin məlumatına görə, Baltik dənizi sahillərində kəhrəba axtarmaq üçün ən əlverişli dövr payız və qış aylarıdır. Xüsusilə güclü fırtınalardan və küləkli havadan sonra qiymətli kəhrəba parçalarının tapılma ehtimalı artır.
Dalğalar dənizin dibindəki kəhrəbanı yosunlar, budaqlar və digər materiallarla birlikdə sahilə çıxarır. Baltik dənizi sahillərindən əldə edilən kəhrəba keyfiyyətinə görə ən yüksək nümunələrdən hesab olunur.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanında arxeoloqlar qızıl, gümüş və qiymətli daşlardan hazırlanmış zinət əşyaları ilə dolu gil qab aşkar ediblər.
Təxminən 1200 ildən çox yaşı olduğu ehtimal edilən xəzinənin Məkkəyə gedən müsəlman zəvvarlardan biri tərəfindən gizlədildiyi güman olunur.
Tədqiqatçılar tapıntını aşkar edildiyi arxeoloji ərazinin şərəfinə “Diriyə xəzinələri” adlandırıblar. Ər-Riyad şəhərinin kənarında yerləşən Diriyə vaxtilə Bəsrə ilə Məkkə arasında həcc ziyarətinə gedən zəvvarların əsas dayanacaqlarından biri olub.
01:00 12.11.2026
Oxunuş sayı: 15