Quru meyvə sevənlərə xəbərdarlıq
"Quru meyvələr çox vaxt şirniyyatlara şübhəsiz ki, sağlam alternativ kimi qəbul edilir, lakin bəzi hallarda onlar sağlamlığa zərərli ola bilər".
Crossmedia.az xəbər verir ki, bunu rusiyalı dietoloq Maryana Cutova bildirib.
Həkim xəbərdarlıq edib ki, çox miqdarda quru meyvə şişkinliyə, qaza və maye nəcisə səbəb ola bilər. O, bu yan təsirləri məhsuldakı yüksək şəkər və qida lifinin kombinasiyası ilə əlaqələndirib.
Bundan əlavə, Cutovanın qeyd etdiyi kimi, quru meyvələrin tərkibində kükürd dioksid və digər qida əlavələri ola bilər.
"Kükürd dioksid, xüsusən də məhsulların rəngini qorumaq və raf ömrünü uzatmaq üçün istifadə olunur. Əksər hallarda bu maddənin icazə verilən miqdarı təhlükəsiz hesab olunur, lakin həssas insanlarda, xüsusən də astma xəstələrində sulfitlər mənfi reaksiyalara səbəb ola bilər", - deyə o, izah edib.
Həkim şəkər və ya sirop əlavə edilmiş quru meyvələrə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, bu cür məhsullarda enerji dəyəri və sərbəst şəkər miqdarı xeyli yüksək ola bilər ki, bu da artıq çəkiyə səbəb ola bilər və diabet və insulin müqaviməti olanlar üçün arzuolunmazdır.
"Quru meyvə alarkən tərkibini oxumağı unutmayın. Əgər məhsulun tərkibində meyvənin özündən əlavə şəkər, sirop və ya digər tatlandırıcılar varsa, o, artıq quru meyvə hesab edilmir", - deyə qidalanma üzrə mütəxəssis yekunlaşdırıb.
08:00 12.11.2026
Oxunuş sayı: 25