Bu gün əməkhaqqı, xarici ticarət və inflyasiya göstəriciləri açıqlanacaq
Dövlət Statistika Komitəsi bu gün, noyabrın 12-də Azərbaycanda əməkhaqqı, xarici ticarət və istehlak qiymətləri ilə bağlı yeni statistik məlumatları açıqlayacaq.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.
Komitənin açıqladığı qrafikə əsasən, statistik göstəricilər gün ərzində üç fərqli saatda dərc ediləcək.
Saat 10:00-da ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə məlumatlar yayımlanacaq.
Saat 12:00-da Azərbaycanın xarici ticarət əlaqələrinə dair göstəricilər təqdim olunacaq.
Saat 15:00-da isə istehlak qiymətlərinin dəyişməsi ilə bağlı statistik məlumatlar açıqlanacaq.
Vətəndaşlar və media nümayəndələri ətraflı məlumatlarla Dövlət Statistika Komitəsinin rəsmi internet saytının (stat.gov.az) “Mətbu məlumatlar” bölməsində tanış ola bilərlər.
09:28 12.11.2026
Oxunuş sayı: 11