Argentina Prezidenti Papa ilə vidalaşarkən ağlayıb
Argentina Prezidenti Xavyer Miley Roma Papası XIV Leo ilə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.
Crossmedia.az xəbər verir ki, “Infobae” nəşri bu barədə məlumat yayıb.
Hadisə noyabrın 11-də Buenos-Ayresdəki Eseysa Beynəlxalq Hava Limanında baş verib.
Roma Papası Argentinaya üçgünlük səfərini başa vuraraq Peruya yola düşməzdən əvvəl Prezident Xavyer Miley ilə vidalaşıb.
Məlumata görə, Argentina lideri Papanın əllərindən tutaraq ona təşəkkür edib və göz yaşlarına hakim ola bilməyib.
“Bunun üçün təşəkkür edirəm. Bura sizin evinizdir, sizi yenidən gözləyirik. Təşəkkür edirəm”, – deyə Miley bildirib.
Vida mərasimində Argentina Prezidentinin bacısı və Prezident Administrasiyasının baş katibi Karina Miley, həmçinin xarici işlər naziri Pablo Kirno da iştirak ediblər.
Qeyd edək ki, XIV Leo Cənubi Amerika səfəri çərçivəsində Uruqvay və Argentinadan sonra Peruya yollanıb.
10:25 12.11.2026
Oxunuş sayı: 36