Britaniyadakı ABŞ aviabazası ilə bağlı 5 nəfər saxlanıldı
ABŞ Prezidenti Donald Tramp Britaniyada yerləşən “Fairford” aviabazası yaxınlığında terror aktı hazırlamaqda şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Böyük Britaniya ilə birgə aparılan araşdırmanın nəticəsində beş nəfərin saxlanıldığını bildirib. ABŞ liderinin sözlərinə görə, şübhəlilər aviabazaya ciddi zərər vurmağı planlaşdırıblar və onların fəaliyyəti uzun müddət izlənilib.
Britaniya polisi ABŞ-ın “Fairford” aviabazası yaxınlığında beş nəfərin terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb. Saxlanılan şəxslərə partlayıcı maddələrlə bağlı qanunvericiliyi pozmaq ittihamının da irəli sürüldüyü bildirilib.
“Fairford” Avropada ABŞ-ın strateji bombardmançı təyyarələrinin eniş etdiyi yeganə aviabaza kimi göstərilir. Saxlanılan şəxslərlə bağlı digər təfərrüatlar isə hələlik açıqlanmayıb.
19:54 27.09.2026
Oxunuş sayı: 44