Kanadada helikopter qəzası: 4 nəfər həyatını itirdi
Kanadanın Kvebek əyalətində helikopter qəzası baş verib. Hadisə nəticəsində helikopterdə olan 4 nəfərin hamısının öldüyü bildirilib.
Crossmedia.az xəbər verir ki, helikopter Monreal şəhərindən təxminən 55 kilometr aralıda, havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Qəza yerində yanğın baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər alovu qısa müddətdə söndürüblər.
İlkin məlumata görə, helikopterdə olan bütün şəxslər həyatını itirib. Ölənlərin şəxsiyyəti hələ açıqlanmayıb.
Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.
20:04 27.09.2026
Oxunuş sayı: 35