Gəncədə avtomobil aşıb: xəsarət alanlar var
Gəncədə yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Sürücü Pərviz Hüseynovun idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil ötmə əməliyyatı zamanı "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes" idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı "Mercedes"in sürücüsü İsmayıl Bayramov və avtomaşında olan sərnişinlər müxtəlif xəsarətləri alıblar.
Faktla bağlı araşdırma başlanılıb.
22:47 27.09.2026
Oxunuş sayı: 43