Hindistanda təbii fəlakət insanların həyatına son qoydu
Hindistanın bir sıra bölgələrində davam edən güclü yağışlar ağır fəsadlara yol açıb.
Crossmedia.az xəbər verir ki, “India Today” nəşrinin məlumatına görə, fasiləsiz yağıntılar nəticəsində gündəlik həyat ciddi şəkildə pozulub.
Yerli hakimiyyət orqanlarının açıqlamasına əsasən, 60 saat ərzində davam edən leysan yağışların səbəb olduğu təbii fəlakət və qəzalarda 56 nəfər həyatını itirib, 46 nəfər isə yaralanıb.
Bildirilib ki, güclü yağışlar nəticəsində çox sayda heyvan tələf olub, 1000-dən çox evə ziyan dəyib.
Hindistan Meteorologiya Departamenti isə bölgənin bəzi hissələrində qəfil daşqın riskinin qaldığını açıqlayıb. Qurum yağışların bu gün də davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Fövqəladə xidmətlərin hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində iş apardığı bildirilib.
00:52 28.09.2026
Oxunuş sayı: 204