İmişli Şəkər Zavodunda yanğın olub
İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
23:17 27.09.2026
Oxunuş sayı: 40