Ay və Marsda zavodlar qurulacaq? Maskdan iddialı plan
İlon Mask Ay və Marsda sənaye istehsalının gələcəkdə hər il iki dəfədən çox artacağını və bu sahənin sürətlə inkişaf edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Maskın sözlərinə görə, o, 2030-cu illərdə Ay və Marsda sənaye istehsalının təşkilinə şəxsən rəhbərlik etməyi planlaşdırır.
Mask bu ərazilərdə istehsalın qurulması ilə bağlı konkret hansı sahələrin nəzərdə tutulduğunu və layihələrin hansı tarixdə başlayacağını açıqlamayıb.
20:30 27.09.2026
Oxunuş sayı: 53