İran ABŞ-nin Bəhreyndəki radarını məhv edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus erkən xəbərdarlıq radarını vuraraq məhv etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH bu barədə rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, hücum İranın Hörmüzqan əyalətinin Sirik şəhərində yerləşən rabitə qülləsinə endirilən hava zərbəsinə cavab olaraq həyata keçirilib.
SEPAH-ın məlumatına görə, əməliyyat zamanı qurumun Hərbi Hava-Kosmik Qüvvələri Bəhreyndə yerləşən ABŞ-yə məxsus erkən xəbərdarlıq radarını hədəfə alıb.
İran tərəfi hücumu ABŞ-yə hava məkanının pozulmasına və Hörmüz boğazında qanunsuz fəaliyyətlərə son qoyulması üçün ciddi xəbərdarlıq kimi qiymətləndirib.
Bəyanatda oxşar halların təkrarlanacağı təqdirdə yeni hücumlara hazır olunduğu vurğulanıb.
ABŞ və Bəhreyn rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyiblər.
İranın radarın məhv edilməsi ilə bağlı iddiası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
09:58 13.11.2026
Oxunuş sayı: 46