Kleopatranın gözəllik sirri turşu imiş
Səlcuq Universiteti Tibb Fakültəsinin Tibbi Biokimya kafedrasının müəllimi Prof. Dr. Fatma Hümeyra Yerlikaya Aydemir bildirib ki, tarix boyu hökmdarlar və sivilizasiyalar tərəfindən sevilən qida növü olan turşular, həmçinin gözəlliyi və əzəməti ilə məşhur olan Misir kraliçası Kleopatranın da qidalanma rasionunun əvəzolunmaz bir hissəsi idi.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyyət" məqalə dərc edib.
Anadolu Universiteti Eskişehir Peşə Məktəbi (EMYO) tərəfindən təşkil edilən "Turşu Hazırlama Seminarı: Ənənədən Elmə" adlı tədbirdə iştirak edən Prof. Dr. Fatma Hümeyra Aydemir turşuları prebiotik, probiotik və postbiotik xüsusiyyətləri özündə birləşdirən "sehrli üçlük" kimi təsvir edib.
Aydemir qeyd edib ki, "bu üçlü qalxan sayəsində" belə qidaların qəbulu güclü bir tonik rolunu oynayır: immuniteti artırır, bağırsaq sistemini bərpa edir və orqanizmin ümumi funksiyalarının tənzimlənməsinə kömək edir.
Tibbi biokimya məlumatlarına əsasən, bağırsaq divarının bütövlüyünün qorunmasının orqanizmdə sistemli iltihabı azaltdığını qeyd edən Aydemir bildirib: "İltihabi proseslərin səngiməsi hüceyrə səviyyəsində vacib qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır; bu da öz növbəsində toxumaların daha hamar və canlı bir görünüş qazanmasına birbaşa şərait yaradır. Bu elmi fakt, qədim mənbələrin müasir tibbi ədəbiyyatla yanaşı araşdırılması zamanı öz təsdiqini tapır. Əslində, geniş yayılmış fikrin əksinə olaraq, əfsanəvi gözəlliyi ilə tarixə düşmüş Misir kraliçası Kleopatranın estetik sirri onun qəbul etdiyi süd vannalarında deyil, həzm sistemini dəstəkləyən və toxumaları bərpa etmək xüsusiyyətinə malik olan fermentləşdirilmiş qidaların – xüsusilə də turşuların (duzlu tərəvəzlərin) – müntəzəm istehlakında gizlənirdi. Tarix boyu hökmdarlar və sivilizasiyalar tərəfindən sevilən, əsas qida məhsullarından biri olan turşular, gözəlliyi və əzəməti ilə tanınan kraliça Kleopatranın rasionunun ayrılmaz hissəsi idi. Tarixi qeydlər və əfsanələr göstərir ki, Kleopatra qüsursuz dəri sağlamlığını və canlılığını məhz fermentləşdirilmiş qidalar və turşularla zəngin olan qidalanma tərzinə borclu idi. Misir sarayında gündəlik qidalanma rejiminin mərkəzində yer alan bu qədim fermentasiya ənənəsi, köklü kulinariya irsimizin insan estetikasına minilliklər boyu davam edən təsirini bir daha nümayiş etdirir."
07:47 13.11.2026
Oxunuş sayı: 62