Ermənistanda rusiyalı mütəxəssis itkin düşüb — FOTO
Ermənistanda 37 yaşlı Rusiya vətəndaşı, siyasi texnoloq Daniil Zapyatoy bir aydır itkin düşüb.
Crossmedia.az xəbər verir ki, Gazeta.ru-nun yaydığı məlumata görə, Zapyatoy sentyabrın sonunda İrəvana gəlib. O, bir müddət yaxınları və dostları ilə əlaqə saxlayıb.
Maddi çətinliklərlə üzləşdikdən sonra hosteldə məskunlaşan şəxsdən yaxınları sonuncu dəfə oktyabrın 9-da mesaj alıblar. Həmin vaxtdan onun harada olduğu məlum deyil.
Hostelin administratorunun sözlərinə görə, Zapyatoy son günlər özünü yaxşı hiss etməsə də, nəzakətli davranıb. O, şəxsi əşyalarını və Rusiya pasportunu hosteldə qoyub.
Yaxınları əvvəlcə onu müstəqil şəkildə axtarsalar da, sonradan hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Qeyd edək ki, Daniil Zapyatoy Krasnoyarsk diyarının hökumətində çalışıb, həmçinin rəqəmsal marketinq və siyasi kampaniyalar üzrə layihələrə rəhbərlik edib.

22:39 12.11.2026
Oxunuş sayı: 54