Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində təşkil olunan xüsusi naharda iştirak ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Emine Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Antalyaya gələn dövlət və hökumət başçılarının həyat yoldaşları üçün nahar təşkil edib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva və gəlini Alyona Əliyeva da iştirak ediblər.
“Sıfır tullantı” konsepsiyası əsasında hazırlanan süfrədə təbii materiallardan və təkrar istifadəyə yararlı elementlərdən istifadə olunub. Süfrənin bəzədilməsində kəsilmiş güllərə yer verilməyib, yalnız canlı bitkilərdən istifadə edilib.
Qonaqlara Anadolu mətbəxinin ənənəvi təamları təqdim olunub. Nahar Antalya Dövlət Simfonik Orkestrinin müşayiəti, soprano Feryal Türkoğlu və tenor Murat Karahanın canlı ifaları ilə davam edib.
Tədbirdən əvvəl Emine Ərdoğan və qonaqlar Anadolu bölgəsinin ənənəvi təbii boyama sənətinə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə ölkənin yeddi bölgəsinə məxsus təbii boyalar, ənənəvi toxuculuq nümunələri və əl işləri nümayiş etdirilib.
.

21:11 12.11.2026
Oxunuş sayı: 43