Bir ailənin 9 üzvü turşudan zəhərlənib
Lənkəran rayonunun Osaküçə kəndində bir ailənin 9 üzvü pomidor turşusu qəbul etdikdən sonra səhhətlərində yaranan problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.
Crossmedia.az verir ki, ailə üzvləri səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Məlumata görə, müraciət edənlərin 3-ü uşaqdır.
İlkin tibbi yardımdan sonra ailənin bütün üzvləri xəstəxanadan evə buraxılıblar.
18:00 12.11.2026
Oxunuş sayı: 32