Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmaya ehtiyac olmadığını bildirərək ölkəsinin İranın maliyyə vəsaitlərinə və Hörmüz boğazına nəzarət etdiyini iddia edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
ABŞ Prezidenti, həmçinin vitse-prezident Cey Di Vensə demokratların idarə etdiyi şəhər və ştatlarda korrupsiya və cinayətkarlıqla mübarizəyə diqqət yetirməyi tapşırdığını bildirib.
“Mən Vensdən bütün diqqətini ABŞ-də demokratların idarə etdiyi şəhər və ştatlarda baş verən genişmiqyaslı korrupsiya və cinayətkarlığa yönəltməsini istəmişəm”, – deyə Tramp qeyd edib.
İranla münasibətlərə toxunan ABŞ lideri Tehranla yeni razılaşmanın zəruri olmadığını iddia edib.
“Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. Onların yüz milyardlarla dolları bizim əlimizdədir və onların boğazına da nəzarət edirik!”, – deyə o bildirib.
Trampın Hörmüz boğazına nəzarət və İranın maliyyə vəsaitləri barədə səsləndirdiyi iddiaların təfərrüatları açıqlanmayıb.
17:50 12.11.2026
Oxunuş sayı: 40