Tramp demokratları korrupsiya hallarını araşdırmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasını korrupsiya ilə mübarizəyə ilk növbədə öz nümayəndələrinin idarə etdiyi ştatlardan başlamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti demokratların korrupsiyanı aradan qaldırmaq niyyətində olduqları təqdirdə ilk növbədə Demokratlar Partiyasının idarə etdiyi ştatlarda araşdırma aparmalı olduqlarını bildirib.
“Əgər demokratlar korrupsiyanın kökünü kəsmək istəyirlərsə, araşdırmalara demokratların idarə etdiyi ştatlardan başlamalıdırlar. Bunlar, bəlkə də, dünyanın ən korrupsiyalaşmış dövlət idarəetmə strukturlarıdır”, – deyə Tramp iddia edib.
O, həmin ştatlarda böyük məbləğdə vəsaitin mənimsənildiyini də irəli sürüb.
“Hər gün, hər saat külli miqdarda pul oğurlanır!”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp açıqlamasında iddialarını təsdiqləyən konkret faktlar və ya maliyyə göstəriciləri təqdim etməyib.
17:41 12.11.2026
Oxunuş sayı: 37