Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında şübhəli qida zəhərlənməsi ilə bağlı aparılan araşdırma başa çatıb.
Crossmedia.az AQTA-ya istinadən xəbər verir ki, agentlik əməkdaşları planlaşdırılmamış yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin tələblərə cavab vermədiyini aşkar ediblər .
Qida emalı və saxlanmasında, o cümlədən çarpaz çirklənmə riskləri də daxil olmaqla, pozuntular da müəyyən edilmişdir.
Laboratoriya müayinələrinə əsasən, çiy mal əti, marinad edilmiş toyuq lüləsi və toyuq kababında Listeria monocytogenes bakteriyaları, Stolichnı salatında isə Escherichia coli bakteriyaları aşkar edilib.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb.
17:59 12.11.2026
Oxunuş sayı: 37