Putin: Biz də əbədi sülhün olmasını istəyirik
Rusiya Prezidenti Vladimir Putin sülhün davamlı, etibarlı və uzunmüddətli olmasında maraqlı olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Putin Moskvada ABŞ Prezidentinin xüsusi elçiləri ilə görüşü zamanı bildirib.
Rusiya lideri sülhün möhkəmliyi və gələcəkdə qorunub saxlanılması məsələsinə toxunub.
“Sülhün davamlılığına, etibarlılığına və qalıcı olmasına gəlincə, biz də onun əbədi sülh olmasını istərdik”, – deyə Putin bildirib.
18:01 12.11.2026
Oxunuş sayı: 43