Təbrizli sürücülər tətilə başladılar
Bu gün Təbrizdə zibil daşıyan maşınların sürücüləri sosial sığortanın təmin olunmamasına və maaşlarının artırılmamasına etiraz olaraq işi dayandırıblar.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, sürücülər bir araya gələrək əmək və sosial təminat hüquqlarının pozulmasına etiraz ediblər. Onların əsas tələbləri sosial sığorta ilə təmin olunmaq və əməkhaqlarının illik qaydalara uyğun artırılmasıdır.
Bildirilib ki, sürücülərdən bəziləri təxminən 15 ildir bu sahədə çalışsalar da, indiyədək sosial sığorta ilə təmin edilməyiblər.
Sürücülər qeyd ediblər ki, bu il digər bələdiyyə işçilərinin maaşları artırıldığı halda, onların əməkhaqları ötən ilin noyabr ayından bəri dəyişməyib.
18:10 12.11.2026
Oxunuş sayı: 22