Türkiyədə helikopter qəzası baş verib
Türkiyənin Malatiya şəhərinin Yeşilyurt rayonunda S-70 tipli helikopter qəzaya uğrayıb.
Crosmedia.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə saat 18:45 radələrində Yeşilyurt rayonunun Samanköy bölgəsində yaşanıb.
Qəza yerinə çoxlu yanğınsöndürənlər, 112 və AFAD komandaları göndərilsə də, bölgədə başlayan kiçik miqyaslı yanğın qruplar tərəfindən söndürülüb.
Polis və hərbi orqanlar qəzanın baş verdiyi ərazini araşdırırlar.
Milli Müdafiə Nazirliyinin verdiyi bəyanatda deyilir: "Malatiyada S-70 tipli helikopterimizin qəzası nəticəsində hələ müəyyən edilməmiş səbəbdən helikopterdəki 4 qəhrəman silahdaşımız şəhid oldu. Şəhidlərimizə Allahın mərhəmətini, onların yas tutan ailələrinə, Türkiyə Silahlı Qüvvələrimizə və nəcib millətimizə başsağlığı və səbrimizi arzulayırıq."
20:42 12.11.2026
Oxunuş sayı: 46