İsrail İrana hücum etməyə hazırlaşır?
İsrailin müdafiə naziri İsrael Kats Baş nazir Benyamin Netanyahu ilə ordu rəhbərliyi arasında İranla bağlı fikir ayrılığı yaşandığı barədə məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, CNN-in məlumatına görə, Kats İsrail ordusu ilə siyasi rəhbərlik arasında İran məsələsində hər hansı fikir ayrılığının olmadığını bildirib.
Nazir qeyd edib ki, İsrailin İrana qarşı yeni hücuma başlamaq niyyəti yoxdur. Bununla belə, İranın İsrailə hücum edəcəyi təqdirdə buna güclü cavab veriləcəyini vurğulayıb.
Qeyd edək ki, İsrail mətbuatında Netanyahu ilə Baş Qərargah rəisi Eyal Zamir arasında İrana mümkün hərbi əməliyyatla bağlı fikir ayrılığı yarandığı barədə məlumatlar yayılıb. İddialara görə, Zamir mümkün hücumun nəticələrindən narahatlığını ifadə edib.
22:32 12.11.2026
Oxunuş sayı: 41