Trampın Nvidia üçün gözlənilməz namizədi
ABŞ Prezidenti Donald Tramp Nvidia şirkətinin yeni rəhbəri vəzifəsinə Apple-ın keçmiş baş icraçı direktoru Tim Kuku təklif edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Nvidia-nın rəhbəri Censen Huanqın istefasından sonra şirkətə Tim Kukun rəhbərlik etməli olduğunu bildirib.
ABŞ prezidenti təklifini belə ifadə edib: “Bir əfsanənin yerini başqa bir əfsanə tutmalıdır!”
Qeyd edək ki, Nvidia-nın həmtəsisçisi Censen Huanq noyabrın 12-də vəzifəsindən istefa verib. Onun şəxsi həyatı ilə bağlı yayılan iddialar və şirkət daxilində başladılan araşdırma bu qərardan əvvəl gündəmə gəlib.
Huanqın istefasından sonra şirkətin maliyyə direktoru Colette Kress müvəqqəti baş icraçı direktor təyin edilib. Nvidia daimi rəhbər axtarışını davam etdirir.
Tim Kuk isə sentyabrın 1-də Apple-ın baş icraçı direktoru vəzifəsindən ayrılıb və hazırda şirkətin idarə heyətinin icraçı sədridir. Trampın təklifi hələlik rəsmi təyinat anlamına gəlmir.
21:48 12.11.2026
Oxunuş sayı: 30