Rusiya Krım sahillərində Ukrayna katerini məhv etdi
Rusiya hərbçiləri Krımın sahilyanı sularında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater məhv ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, insansız kater Krım sahilləri yaxınlığında zərərsizləşdirilib.
Hadisənin detalları və katerin hansı tapşırığı yerinə yetirdiyi barədə əlavə məlumat verilməyib.
22:14 12.11.2026
Oxunuş sayı: 34