Türkiyədən qaçaqlara xəbərdarlıq: Heç bir ölkə sığınacaq deyil
Türkiyə bu ilin əvvəlindən indiyədək 45 ölkədən 805 nəfəri ölkəyə gətirib. Onlardan 189-nun cinayətkar qruplaşmaların rəhbəri və ya üzvü olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məlumat verib.
Nazirin sözlərinə görə, cari il ərzində 669 mütəşəkkil cinayətkar qruplaşmaya qarşı 1 951 əməliyyat keçirilib.
Çiftçi həmçinin beynəlxalq axtarışda olan cinayətkar qruplaşma rəhbəri Sercan Sayalın Yunanıstanda saxlanılaraq Türkiyəyə gətirildiyini açıqlayıb. Onun 116 ayrı cinayət üzrə axtarışda olduğu bildirilir.
Nazir ilin sonunadək xaricdən Türkiyəyə gətirilən qaçaqların sayının 1000-ə çatdırılmasının hədəfləndiyini vurğulayıb.
22:49 12.11.2026
Oxunuş sayı: 40