100 yaşına qədər sağlam qalmaq istəyənlər üçün 7 əsas qayda
Uzunömürlü və sağlam həyatın əsas sirri xüsusi dərman və ya möcüzəvi qidalarda deyil, düzgün həyat tərzindədir.
Crossmedia.az xəbər verir ki, kardioloq Hayri Parlar sağlam qocalmağın əsas şərtlərini açıqlayıb.
Mütəxəssis balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və stressin idarə olunmasının uzunömürlülükdə mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, qoz, zeytun yağı, qaragilə, sardina, kefir, qatıq və yaşıl yarpaqlı tərəvəzlər sağlam qidalanmanın vacib hissəsidir. Şəkərli içkilərin və həddindən artıq emal olunmuş məhsulların istehlakını isə məhdudlaşdırmaq tövsiyə olunur.
Mütəxəssis həmçinin həftədə bir neçə dəfə sürətli gəzinti, üzgüçülük və güc məşqləri etməyin, yuxu rejiminə riayət göstərməyin vacibliyini vurğulayıb.
Bildirilib ki, sağlam qocalmaq üçün universal resept yoxdur. Hər kəs öz sağlamlıq vəziyyətinə uyğun həyat tərzi seçməli və mütəmadi tibbi müayinələrdən keçməlidir.
04:42 13.11.2026
Oxunuş sayı: 72